• USD 1,7021 -0,01% EUR 1,9029 -0,65%
    • GBP 2,2084 -0,14% RUB 0,0302 +0,33%

Türkiyə Nazirlər Kabineti toplandı – Son dəqiqə

  • Dünya
  • 30 Sentyabr 2014 15:15
  • 529 Baxış
Türkiyə Nazirlər Kabineti toplandı – Son dəqiqə

Bu gün toplanan Nazirlər Kabinetinin iclasına Ali baş qərargah rəisi Nəcdət Özəl də qatılıb.

Publika.az “Ahaber”ə istinadən xəbər verir ki, Nazirlər Kabineti İŞİD-lə (İraq Şam İslam Dövləti) mübarizə, sərhəd təhlükəsizliyi və qanun layihəsinin müzakirəsi üçün yerli vaxtla 11:30-da toplanıb.

Ali baş qərargah rəisi, ordu-generalı Nəcdət Özəllə birgə hava və quru qoşunlarının komandanları da toplantıda iştirak edirlər.

Komandanlar Türkiyənin cənubunda baş verənlərlə əlaqədar kabinetə məlumat verirlər.

Ali baş qərargah rəisi, ordu-generalı Nəcdət Özəl, Ali baş qərargah rəisinin müavini ordu-generalı Yaşar Gülər, Quru qoşunlarının komandanı ordu-generalı Hulusi Akar və Hava qüvvələrinin komandanı ordu-generalı Akın Öztürk baş nazirlikdə Nazirlər Kabinetini toplantısında iştirak edirlər.

Vüsal Tağı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR