O komandiri ordu-generalı mükafatlandırdı – VİDEO
Bizi izləyin

Dünya

O komandiri ordu-generalı mükafatlandırdı – VİDEO

Diyarbəkir böyükşəhər bələdiyyəsinin həmsədri Gültən Kışanakın “sənin dövlətin” ifadəsinə “bura mənim dövlətim və mənim torpağımdır, tərk edin buranı” deyə cavab verən komandiri ali baş qərargah rəisi Ankaraya çağırıb.

Publika.az Aksam.com.tr-yə istinadən xəbər verir ki, sentyabrın 22-də suriyalıların keçdiyi sərhədə (Suruç – red.) gedən Diyarbəkir böyükşəhər bələdiyyəsinin həmsədri Gültən Kışanak ilə hərbçi arasında gərgin dialoq baş verib.

Əsgərləri daşqalaq edənlərə qarşı müdaxiləyə reaksiya verən Gültən hərbçi ilə danışan zaman “sənin dövlətin” ifadəsindən istifadə edərək “sənin dövlətin mənə söz verdi” deyib. Hərbçi də buna qarşılıq olaraq “bura mənim dövlətim və mənim torpağımdır, tərk edin buranı” söyləyib.

Məhz bu şücaətinə görə baş leytenant Ankaraya çağırılaraq Ali Baş Qərargahda ali baş qərargah rəisi ordu-generalı Nəcdət Özəl tərəfindən mükafatlandırılıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm