• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ABŞ Saakaşviliyə viza verməkdən imtina edib

  • Dünya
  • 30 Sentyabr 2014 18:28
  • 440 Baxış
ABŞ Saakaşviliyə viza verməkdən imtina edib

ABŞ hakimiyyəti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə işçi vizası verməkdən imtina edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə gürcü qəzeti “Aliya” Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyasındakı mənbəyə istinadən bildirib.

Gürcüstanın keçmiş prezidentinin vəkili Otar Kaxidze isə bu barədə məlumatsız olduğunu deyib.

“Mən belə bir informasiyayla malik deyiləm”, - deyə vəkil informasiyanı nə təkzib, nə də təsdiq edib.

Xatırladaq ki, M.Saakaşviliyə qarşı Gürcüstan Cinayət Məcələsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb. Respublika Prokurorluğu iyulun 28-də Saakaşviliyə qarşı 2007-ci ildə etiraz nümayişinin və “İmedi” telekompaniyası ofisinin dağıdılması, həmçinin xidməti səlahiyyətləri aşma və dövlət büdcəsindən mənimsəmələrlə bağlı ittiham irəli sürüb.

O, 2013-cü ilin noyabrında yeni prezident Qeorgi Marqvelaşvilinin inauqurasiyasından dərhal sonra ölkəni tərk edib və həmin vaxtdan vətənə qayıtmayıb. Sabiq prezident ona qarşı irəli sürülən ittihamları rədd edərək ifadə vermək üçün Gürcüstana gəlməyəcəyini bildirib.

M.Saakaşvilinin artıq ölkədaxili axtarışı elan edilib. Bundan başqa, Gürcüstan Baş prokurorluğu onun beynəlxalq axtarışının elan edilməsi prosedurunun başlandığını açıqlayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR