İŞİD Türkiyənin Milli Təhlükəsizlik Şurasını bir araya gətirdi - Son dəqiqə (VİDEO)
Bizi izləyin

Dünya

İŞİD Türkiyənin Milli Təhlükəsizlik Şurasını bir araya gətirdi - Son dəqiqə (VİDEO)

Türkiyədə Nazirlər Kabinetinin toplantısı dayandırılaraq təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Əhməd Davudoğlunun rəhbərliyi ilə keçirilən toplantıya Ali Baş Qərargah rəisi, ordu generalı Necdet Özel, baş nazirin köməkçisi Bülent Arınç, daxili işlər naziri Efkan Ala, milli təhlükəsizlik naziri İsmet Yılmaz, Quru Quşunları Komandanı ordu generalı Hulusi Akar, xarci siyasət məsələləri üzrə müşavir Firudin Sinirlioğlu, milli təhlükəsizlik məslələri üzrə müşavir Hakan Fidanvə digər rəsmi şəxslər dəvət olunublar. Təxminən bir saat yaxın davam edən toplantı ilə bağlı hələlik heç bir məlumat açıqlanmayıb. Amma toplantının İŞİD-lə əlaqə olduğu istisna edilmir.

Qeyd edək ki, bu gün səhər saat 11:30-da İŞİD-lə (İraq Şam İslam Dövləti) mübarizə, sərhəd təhlükəsizliyi və qanun layihəsinin müzakirəsi üçün Nazirlər Kabinetinin toplantısı çağırılmışdı.

Zülfüqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm