• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD səngərdən səsləndi: “Siz müsəlman deyilsiniz”- Video

  • Dünya
  • 30 Sentyabr 2014 20:59
  • 1 285 Baxış
İŞİD səngərdən səsləndi: “Siz müsəlman deyilsiniz”- Video

İraqın Kərkük şəhərində terror təşkilatı İŞİD-lə peşmergə gücləri qarşı-qarşıya gəlib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, peşmərgə qüvvələrinə olduqca yaxın olan İŞİD üzvünün söylədiyi sözlər kameralara düşüb.

“Rudaw” telekanalının operator-müxbiri Hunar Ahmed Kərkükdəki bir körpü üzərindəki iki silahlı qrupun dialoquna şahid olub. Müxbirin peşmergələr haqqındakı sualına cavab olaraq IŞİD üzvü qarşı tərəfə meydan oxuyub: “Müsəlmanlarla bir problem yoxdur. Peşmərgələr müsəlman deyil. Bizim bir adamımız sizin min adamınıza əvəzdir. Allaha and olsun ki, sizə kimsənin etmədiyi şeyləri edəcəyik. Kimsə bizimlə döyüşə bilməz”.

ABŞ və Fransanın təşkil etdiyi hava hücumları ilə əlaqədar İŞİD üzvləri “hava əməliyyatları nə qədər davam etsə də, onları məğlub edəcəyik. Nə Amerikan ordusu, nə də fansızlar, nə də digər ölkələr bizi məğlub edə bilməz”, deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR