Bəşər Əsəd ABŞ - a mesaj göndərdi
Bizi izləyin

Dünya

Bəşər Əsəd ABŞ - a mesaj göndərdi

“İslam dövləti”nin mövqelərini bombalayan ABŞ və onun ərəb müttəfiqləri müvəffəqiyyət qazanmağı bacarmayacaq”.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şamxani ilə görüşündə deyib.

Suriya liderinin fikrincə, ABŞ və onun müttəfiqləri regionda terror fəaliyyətinin aktivləşməsinə görə məsuliyyət daşıyırlar.

“Bu terror qruplaşmalarının yaranmasına kömək edənlər, onlara maddi-texniki və maliyyə təminatı verən ölkələr terrorozmlə mübarizə apara bilməzlər”, - deyə B.Əsəd vurğulayıb.

Xatırladaq ki, ABŞ və beş ərəb ölkəsi (Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniya) 23 sentyabr tarixindən başlayaraq Suriya və İraqda “İslam Dövləti”nin mövqelərinə hava zərbələri endirir. İraqda həyata keçirilən əməliyyata isə bir sıra Avropa ölkələri, həmçinin Böyük Britaniya, Fransa, Belçika, Danimarka və Niderland qoşulub.

ABŞ Müdafiə Nazirliyi 26 sentyabrda Suriya və İraqda yerüstü əməliyyatları keçməsi ehtimalından danışıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm