Poroşenko: “Bu, artıq Ukrayna qanunvericiliyinin bir hissəsidir”
Bizi izləyin

Dünya

Poroşenko: “Bu, artıq Ukrayna qanunvericiliyinin bir hissəsidir”

Kiyev və Brüssel assosiasiya haqqında razılaşma üzrə bütün rəsmi hissələri yerinə yetirib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Twitter” səhifəsində yazıb.

“Ukrayna Avropa İttifaqından notanı aldı. Kiyev və Brüssel razılaşmanın 1 noyabr tarixindən qüvvəyə minməsi üçün bütün rəsmiyyətləri yerinə yetirib. Beləliklə, razılaşma artıq Ukrayna qanunvericiliyinin bir hissəsidir”, - deyə Poroşenko əlavə edib.

Xatırladaq ki, Avropa Birliyi dünən azad ticarət zonasının yaradılması haqqında bölmə istisna olmaqla, Ukrayna ilə imzalanan assosiasiya haqqında razılaşmanı bəyənib. Razılaşmanın bu ilin 1 noyabr tarixindən tətbiqi nəzərdə tutulur. Azad ticarət zonasının yaradılması isə 1 yanvar 2016-cı ilə qədər təxirə salınıb.

Avropa Birliyi və Ukrayna arasında imzalanan assosiasiya haqqında razılaşma Rumıniya, Latviya, Litva, Bolqarıstan, Malta və Slovakiya tərəfindən də təsdiqlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm