• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Moskva 2020-ci ildə NATO-nun qarşısına belə çıxacaq – VİDEO

  • Dünya
  • 1 Oktyabr 2014 11:14
  • 937 Baxış
Moskva 2020-ci ildə NATO-nun qarşısına belə çıxacaq – VİDEO

Rusiya Federasiyasının quru qoşunları 2020-ci ilə qədər yeni silahlarla 70 faiz komplektləşdiriləcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya quru qoşunlarının baş komandanı, general-polkovnik Oleq Salyukov bildirib.

Onun sözlərinə görə, Rusiya quru qoşunlarının silah arsenalına “T-72B3” modenrləşdirilmiş tanklar, “BTR-82A” zirehli avtomobillər, “BMP-2” və “BMP-3” modernləşdirilmiş piyada döyüş maşınları daxil ediləcək. Rusiya Müdafiə Nazirliyi 2020-ci ilə qədər yeni zirehli tank texnikasının 11 min, həmçinin 14 min hərbi avtomobil vahidi almağı planlaşdırır. Bu isə quru qoşunların hərbi texnika və silah arsenalının 70 faiz modernləşdirilməsidir.

Rusiya ordusu 2020-ci ildə “İskəndər-M” operativ-taktik raket kompleksləri ilə silahlandırılmış yeddi briqadaya malik olacaq.

Xatırladaq ki, Rusiya ordusunda 2008-ci ildən başlanmış islahat bütün postsovet tarixi ərzində ölkə üçün ən genişmiqyaslı islahatlardır. Hərbi idarə sistemi əhəmiyyətli dərəcədə dəyişib, ordunun ümumi sayı azalıb. Amma bu azalma əsasən çağırış əsasında xidmət edən hərbi qulluqçuların hesabına baş verib, əksinə müqavilə əsasında xidmət göstərənlərin sayı artıb. Zabitlərin maaşları əhəmiyyətli dərəcədə artıb. Ən başlıcası isə, 2020-ci ilə qədər ordunun yenidən silahlanması proqramı qəbul edilib. Bunun üçün isə görünməmiş məbləğdə pulun xərclənməsi nəzərdə tutulur.

Kreml eyni zamanda hərbi təyinatlı avtomatlaşdırılan komplekslərin (RTK VN) hazırlanması sahəsində Qərb qarşısındakı geriliyi də aradan qaldırmağa çalışır. Sentyabrın 15-dən 17-nə qədər Moskva ətrafı Krasnoarmeysk rayonunda keçirilən RTK VN üzrə xüsusi hərbi-sənaye konfransı da Moskvanın niyyətlərini açıq ortaya qoyur. Yaxın vaxtlarda isə bu hədəf üçün Müdafiə Nazirliyinin nəzdində xüsusi qurum yaradılacaq.

Geodeziya Elmi-Tədqiqat İnstitutunun sınaq poliqonunda təşkil olunan konfransdan əvvəl robot-texnika komplekslərinin perspektiv nümunələri, o cümlədən pilotsuz uçuc aparatları (BPLA), dəniz və yerüstü robot texnikası, robot-vertolyotlar, üzərində pulemyot quraşdırılan pilotsuz katerlər, sualtı robot-kəşfiyyatçıları və robot-istehkamçıları baş nazirə təqdim olunub.

Bundan bir həftə əvvəl isə Rusiya Hərbi Sənaye Komissiyasının sədrliyi baş nazir Dmitri Medvedyevin rəhbərlik etdiyi hökumətdən prezident Vladimir Putinə keçib. Moskvanın öz təhlükəsizliyi üçün sərhədlərindəki qeyri-sabitliyə görə narahatçılıq keçirdiyi bir vaxtda NATO Rusiyaya qarşı olan mövqelərini gücləndirir. Ona görə də Putin müdafiə məsələləri ilə məşğul olan şirkət və müəssisələrin effektli işləməsini təmin etmək üçün onları şəxsən öz nəzarətinə götürür. Komissiyanın işində Dmitri Roqozin birinci müavin vəzifəsini daşıyacaq. Roqozin özünün müdafiə starategiyası məsələlərindəki döyüşkənliyi və Hərbi Sənaye Kompleksinə sadiqliyi ilə tanınır.

Müşahidəçilər hesab edir ki, Rusiya Hərbi Sənaye Komissiyasının Putinin birbaşa nəzarətinə keçirilməsi eyni zamanda ordunun silah arsenalının yenilənməsi üçün ayrılacaq böyük məbləğlərə nəzarət deməkdir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR