Qazaxıstan “Yeni SSRİ” müqaviləsini təsdiqlədi
Bizi izləyin

Dünya

Qazaxıstan “Yeni SSRİ” müqaviləsini təsdiqlədi

Qazaxıstan parlamentinin aşağı palatası Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləni təsdiqləyib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müqavilə bundan sonra senatda təsdiqlənməlidir.

Xatırladaq ki, Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko bu il mayın 29-da Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının yaradılması haqda müqaviləni imzalayıblar. Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Ötən həftə isə Rusiya Federasiyası Dövlət Duması Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləni təsdiqləyib.

Belarus prezienti Aleksandr Lukaşenko isə müqavilənin ölkəsinin maraqlarına uyğun olub-olmadığını yoxlamaq üçün Nümayəndələr Palatasının üzvlərinə tapşırıq verib. “Avrasiya İqtisadi İttifaqının hüquqi bazasının formalaşması prosesində Belarusun maraqları qorunmalıdır. Bu, mənimlə yanaşı sizin də məsələnizdir. Əgər siz bu sənədin hazırlanmasında səhv buraxıldığını görsəniz, zəhmət olmasa, məni məlumatlandırın. Belarus dövlətinin maraqlarını müdafiə etmək hamımızın borcudur”, - deyə Belarus lideri vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm