2015-ci ildən etibarən Ərdoğansız bir Türkiyə olacaq -Proqnoz
Bizi izləyin

Dünya

2015-ci ildən etibarən Ərdoğansız bir Türkiyə olacaq -Proqnoz

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Qaziantəpdən olan millət vəkili Şamil Tayyar qonağı olduğu “24 TV”də “dərin əməliyyat”ın pərdə arxasını izah edib.

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Qaziantəpdən olan millət vəkili Şamil Tayyar qonağı olduğu “24 TV”də “dərin əməliyyat”ın pərdə arxasını izah edib.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, millət vəkili “dərin əməliyyat”ın son hədəfinin baş nazir Rəcəb Tayyib Ərdoğansız bir Türkiyə olduğunu vurğulayıb.

“Türkiyə həm bölgədə, həm dünyada güclü bir dövlət olmaq istəyir. Türkiyənin bölgədə və dünyada üzərinə götürdüyü bu yeni roldan narahat olanlar və yeni bir qlobal tənlik qurmaq istəyənlər Ərdoğansız bir Türkiyə proyektini həyata keçirmək istəyirlər. Ona görə də yeni dövrdə Ərdoğanı Türkiyənin siyasətindən silmək üçün əllərindən gələni edəcəklər”, - Ş.Tayyar söyləyib.

Millət vəkilinin sözlərinə görə, bunun üçün birinci addım Ərdoğanın prezident olmaq fikrindən imtina etməsinə nail olmaqdır:“Əgər bunu bacara bilsələr, ikinci addım olaraq deyəcəklər ki, üçüncü dövr qaydasından əsla imtina etmə, siyasətdən gedəcəksən. 2015-ci ildə seçkilər var. Əgər onlar üçün hər şey yolunda gedərsə, 2015-ci ildən etibarən Ərdoğansız bir Türkiyə olacaq. Amma bunlar 2015-ci ilə qədər dözə bilmirlər. Deyirlər ki, dərhal gedəcəksən. Çünki, sabah şərtlərin nə olacağını bilmirlər. Bunun üçün xaotik mühit yaratmaq lazımdır. Bu xaotik mühitin nəticəsində siyasi sabitlik pozulsa iqtisadi sabitlik də pozulacaq və Rəcəb Tayyib Ərdoğan dövlət başçısı ola bilməyəcək”.

“Gəzi Parkı hadisələrində istədikləri olmadı. 17 Dekabr əməliyyatından da ümidlərini kəsdilər. Bura qədər gəldilər, geri də qayıtmayacaqlar. O halda başqa alətlərə ehtiyac var”, - türkiyəli millət vəkili bu planı bir il əvvəl oxuduqlarını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm