• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İraq hökuməti İŞİD-ə silah-sursat göndərdi - Çaşqınlıq

  • Dünya
  • 1 Oktyabr 2014 12:03
  • 790 Baxış
İraq hökuməti İŞİD-ə silah-sursat göndərdi - Çaşqınlıq

İŞİD döyüşçüləri əleyhinə əməliyyatlarda iştirak edən İraq əsgərləri üçün nəzərdə tutulmuş ərzaq məhsulları, içməli su və döyüş sursatlarından ibarət humanitar yardım səhvən islamçıların nəzarəti altında olan Ənbər əyalətinə çatdırılıb.

Axar.az RİA Novosti-yə istnadən bildirir ki, bu barədə “Vaşinqton Tayms” (“Washington Times”) bu gün səhər məlumat yayıb.

Yerli parlamentarilərdən biri Hakim al-Zamili NBC Nyus-a (NBC News) verdiyi intervüdə bildirib ki, əsgərlərin bu yardıma çox ehtiyacları var idi, lakin İraq ordusu komandanlığının səhvi və pilotların təcrübəsizliyi üzündən biz bir növ İŞİD döyüşçülərinə öz əsgərlərimizi öldürməkdə yardım etmiş olduq.

Sözügedən insident İraq Müdafiə Nazirliyinin anonimliyinin saxlanılması şərtilə açıqlama verən nümayəndəsi tərəfindən də təsdiq edilib. Hazırda baş vermiş faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR