Moskva Rusiya ordusundakı narkomanların axtarışına başlayacaq
Bizi izləyin

Dünya

Moskva Rusiya ordusundakı narkomanların axtarışına başlayacaq

Rusiyanın hərbi polisi hərbi həkimlərlə birlikdə ordunun şəxsi heyətində qəfil yoxlamalara başlayır.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yoxlamaların məqsədi şəxsi heyətdə narkotik maddələrin istifadəsi ilə bağlı vəziyyətin öyrənilməsidir.

Bu barədə müdafiə naziri Sergey Şoyqu qərarı imzalayıb. Qəfil yoxlamalar 2015-ci ildə başlayacaq. Dəqiq tarix isə hərbi polisin rəhbəri tərəfindən müəyyənləşdiriləcək.

Məlumata görə, hərbi qulluqçuların rəsmən müayinədən imtina etmək hüququ var. O, xidməti davam etdirə bilsə də, onun komandirinə imtina haqqında məlumat veriləcək. Gələcəkdə bu məsələnin də nizama salınacağı bildirilir. Dövlət Dumasında müvafiq qanun layihəsi birinci oxunuşdan keçib. Qanun layihəsində hərbi qulluqçuların kimyəvi-toksikoloji ekspertizadan imtina hallarının aradan qaldırılması nəzərdə tutulur.

Nijneqorod vilayətindəki motoatıcılıq batalyonunun komandiri polkovnik-leytenant Gennadi Zaborov kimyəvi-toksiloji ekspertizalardan imtina edənlərin iş perspektivinə şübhə ilə baxır. “Əgər hərbi qulluqçu narkotik yoxlanılmasından keçməkdən imtina edirsə, bu ən azından məndə şübhə doğuracaq. Komandanlıq və iş yoldaşların həmin hərbi qulluqçuya münasibəti dəyişə bilər”, - deyə polkovnik-leytenant bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, müayinədən keçməyən hərbi qulluqçular xüsusi məsələlərin həyata keçirilməsinə buraxılmayaq. Məsələn, həmin hərbçilər raket kompleksləri, sualtı gəmilər və digər bu kimi strateji hərbi obyektlərdən uzaqlaşdırılacaq. Qeyd olunur ki, onların ən kiçik səhvi belə orduya, həmçinin iş yoldaşlarına zərər vura bilər.

2014-cü ilin sonuna kimi hərbi-tibb bölmələrinə narkotik yoxlamalarının aparılması üçün 200-dən çox stasionar kompleks veriləcək. Bu komplekslər ilk növbədə hərbi ali məktəblərə, kadet korpuslar və tədris hissələri veriləcək.

Statistikaya görə, hərbi kursantların təxminən 4,7 faizi narkotik maddələrdən istifadə edir. Zabitlər tərəfindən də narkotik maddələrin istifadə ilə bağlı faktlar dəfələrlə qeydə alınıb. Belə ki, 2013-cü ildə Vladivostokdakı hərbi hissələrindən birində qumbaraatanlar bölüyünün komandiri mağazalardan birində saxlanılmışdı. Zabitin özünü şübhəli aparmasını görə, mağaza işçiləri hərbi polisi çağırmağa məcbur olub. Onun mənzilində axtarış zamanı narkotik maddələr, həmçinin şprislər aşkarlanıb.

Ordunun medornləşdirilməsi üçün irimiqyaslı islahatlatra başlayan Kreml rəhbərli şəxsi heyətin psixoloji və sağlamlıq vəziyyətindən ciddi narahatlıq keçirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm