Vəhhabi alimləri cihad tərəfdarlarına səsləndi
Bizi izləyin

Dünya

Vəhhabi alimləri cihad tərəfdarlarına səsləndi

Məşhur islam alimləri Suriya və İraqda vuruşan sünni qrupları öz aralarındakı ədavəti bitirməyə çağırıblar.

Axar.az “Kavkazcenter.com”a istinadən xəbər verir ki, bu barədə artıq sosial şəbəkələrdə məlumatlar yayılıb.

Alimlər cihad aparan bütün qrupların xarici təhlükə olan ABŞ və ərəb dövlətlərinə qarşı birləşməli olduqlarını söyləyiblər. Qrupları barışa çağıran alimlərin Şeyx Əbu Məhəmməd əl-Makdisi, Əbu Qətədə Fələstini, Ömər əl-Xədduşi, Əbdul Vəfa əl-Tunisi, doktor Abdullah əl-Müxaysin, doktor Tarik Əbdül Xalim, Şeyx Xani əs-Sibai olduqları deyilib. Cihad alimlərinin təşəbbüsünə 3 gün ərzində cavab verilməli olduğu vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm