Obamanın həyatı təhlükəyə atıldı - Ağ Ev ŞOK içərisində
Bizi izləyin

Dünya

Obamanın həyatı təhlükəyə atıldı - Ağ Ev ŞOK içərisində

ABŞ ali rəhbərliyinin mühafizəsinə cavabdeh olan Məxfi xidmət böyük diqqətsizliyə yol verib.

Publika.az-ın “Fox News” nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Məxfi xidmətinin əməkdaşlarının diqqətsizliyi nəticəsində prezident Barak Obama üç dəfə mühakimə olunan bir şəxslə eyni liftə minib.

Həmin şəxsin üzərində tapança olub. Nəşrin məlumatına görə, hadisə 16 sentyabrda baş verib. Dövlət başçısı Atlantda xəstəliklərin profilaktikası və nəzarəti üzrə mərkəzə baş çəkib. Obama ilə eyni liftə minən şəxs isə həmin müəssisədə keşikçi işləyirdi. O, müxtəlif hücumlarda günahkar hesab olunaraq üç dəfə mühakimə olunub.

Hadisənin baş verdiyi Məxfi xidmətin nümayəndələri tərəfindən təsdiqlənsə də, onlar əlavə məlumat verməkdən imtina ediblər.

Xatırladaq ki, Məxfi xidmətin rəhbəri ilk dəfə olaraq keçən il qadın təyin olunub. Barak Obama bu vəzifəyə Culiya Pirsonu təyin edib. C.Pirson əvvəllər Məxfi xidmətin aparatına rəhbərlik edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm