Politoloq: “Kiyevin qarşısında Tunis və Misir ssenariləri var”
Bizi izləyin

Dünya

Politoloq: “Kiyevin qarşısında Tunis və Misir ssenariləri var”

“Ukrayna qarşısında hazırda iki ssenari var. Bunlar “Ərəb baharı”nın Misir və Tunis ssenariləridir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri ukraynalı politoloq Taras Berezoves "Novoya region” nəşrinə açıqlamasında deyib.

“Məlum olduğu kimi, Tunisdə müsəlmanlar liberal və islahatçı partiyalarla birləşmə yolu ilə getdi. Musəlmanlar hökuməti təklikdə formalaşdırmaqdan imtina etdilər. Tunisdə bu gün də problemlər var, amma ölkə struktur islahatlar yolu ilə hərəkət edir. İkinci ssenarini isə biz Misirdə gördük. Burada liberallar xüsusi xidmət orqanları və ordu ilə birləşərək müsəlmanları hərbi qiyamla hakimiyyətdən uzaqlaşdırdılar”, - deyə T.Berezoves Ukraynanın gələcəyinin hələ də qeyri-müəyyən olduğunu dilə gətirib.

Ukraynalı politoloqun sözlərinə görə, Qərb Ukraynanın indiki hakimiyyətlə işləməsində maraqlıdır: “Ukrayna bu gün dünya maraqlarının diqqətindədir. Ciddi oyunçular ilk növbədə Ukraynada seçkilərin demokratik keçirilməsində maraqlıdır. İkincisi, Qərb inhisarçı oliqarxiyanın siyasətdə olmasını istəmir. Üçüncü, Qərb indiki islahatçı hökumətin hakimiyyətdə olmasının tərəfdarıdır. Çünki kredit məhz indiki hakimiyyətə verilir, əməkdaşlıq indiki hökumətlə qurulur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm