ABŞ-dan III Dünya müharibəsi mesajı - Rusiya və Çinə qarşı birləşin
Bizi izləyin

Dünya

ABŞ-dan III Dünya müharibəsi mesajı - Rusiya və Çinə qarşı birləşin

ABŞ müdafiə nazirinin müavini Robert Uorka Moskva və Pekini hərbi cavabla hədələyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazir müavini qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiya və Çinin hərəkətlərinə hərbi cavab vermək üçün hazır olmalıdır.

ABŞ-ın Beynəlxalq Münasibətlər üzrə Şurasında çıxış edən amerikalı general bildirib ki, Çin və Rusiya İkinci Dünya Müharibəsindən sonra qurulmuş dünya nizamını yenidən gözdən keçirmək istəyir. R.Uorka hesab edir ki, bu ölkələrlə münasibətlərdə diplomatik vasitələrdən aktiv istifadə etmək lazımdır. Lakin o, ABŞ və onun müttəfiqlərinə qarşı təşəbbüs edilən istənilən hərəkətlərə hərbi cavabın veriləcəyini istisna etməyib.

“Rusiya və Çin öz sərhədlərinə yaxın ərazilərdə mövqelərini möhkəmləndirir”, - deyə ABŞ müdafiə nazirinin müavini Pekin və Moskvanın təhlükəli oynadığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm