“Buddist bin Laden” müsəlmanlara qarşı ittifaq yaratdı
Bizi izləyin

Dünya

“Buddist bin Laden” müsəlmanlara qarşı ittifaq yaratdı

Myanmar və Sri-Lankadakı radikal buddist qruplar bu ölkələrdə yaşayan müsəlman azlığa qarşı mübarizə üçün əməkdaşlıq edəcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Myanmarda yaşayan müsəlmanlara qarşı zorakılığa dəstək verən buddist rahib Aşin Virathu bildirib.

Buddizmim təhlükədə olduğunu iddia edən Virathu əməkdaşlığın detalları haqqında məlumat verməkdən yayınıb.

Sri-Lankada yaşayan və ölkə əhalisinin 10 faizini təşkil edən müsəlman azlığa qarşı zorakılıq hərəkətləri 2012-ci ildən sürətlə artır.

A.Virathunun lideri olduğı “969” hərəkatının islam əleyhinə apardığı kampaniya müsəlmanlara qarşı zorakılığı qızışdırır. Myanmarda 2012-ci ildən indiyə kimi 240 müsəlman öldürülüb. Buddist rahib Virathu isə apardığı siyasətə görə “Buddist Bin Laden” olaraq tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm