Baş nazir: “Biz prinsiplərimizi Rusiyaya satmayacağıq”
Bizi izləyin

Dünya

Baş nazir: “Biz prinsiplərimizi Rusiyaya satmayacağıq”

“Avropa Birliyinin Rusiya ilə əməkdaşlığını qaydaya salması səhv idi”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində Finlandiyanın baş naziri Aleksandr Stubb deyib.

Onun sözlərinə görə, Avropa Birliyi son 23 il ərzində Rusiya ilə nəvazişlə danışıb və əməkdaşlığı qaydaya salmağa çalışıb. Finlandiya baş naziri bu siyasətin səhv olduğunu bildirib.

“Avropa Birliyi illüziyalara qapılmışdı ki, Kremli Qərblə birləşdirmək olar. Ancaq Qərbdə unutdular ki, rusiyalılar qaydaları qəbul etməyə meylli deyillər. Onlar qaydaları özləri qoymaq istəyirlər. Biz onlara Qərb modeli vermək istədik, amma bu işləmədi. Qərbin hazırda bu reallığı qəbul etməsi və Rusiya ilə münasibətləri təkrar gözdən keçirməsi lazımdır", - deyə Aleksandr Stubb söyləyib.

O əlavə edib ki, Rusiya ilə əməkdaşlıq haqqında illüziyadan hələ 2008-ci ildə Cənubi Osetiyadakı müharibə zamanı xilas olması lazım idi.

“Bu gün Ukraynanın şərqində Rusiya əsgərlərinin olduğunu anlamaq üçün hərbi ekspert olmaq lazım deyil. Finlandiya Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyir və bu ölkə ilə iqtisadi əməkdaşlığı fəda etməyə hazırdır. Bizim Rusiya ilə 1300 kilometr sərhədimiz var. Rusiya bizim üçün Almaniya və İsveçlə yanaşı əsas ticarət partnyorlarımızdan biridir. Amma bizim prinsiplərimiz satılmır. Biz 1995-ci ildə komandanı seçmişik, bu, Avropa Birliyidir”, - Finlandiya baş naziri vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm