NATO-nun yeni baş katibi Rusiyaya xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

NATO-nun yeni baş katibi Rusiyaya xəbərdarlıq etdi

Bu gündən Şimali Atlantika İttifaqının (NATO) yeni baş katibi vəzifəsini icra edən Norveçin sabiq baş naziri Yens Stoltenberq Ukrayna dəstəyini ifadə edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, NATO baş katibi keçirdiyi birinci mətbuat konfransında ittifaqın Ukraynanı tamamilə dəstəklədiyini bildirib.

Y.Stoltenberq Rusiyanın Ukraynada pozucu fəaliyyətini davam etdirdiyini qeyd edib və Moskvanı beynəlxalq hüquqa uyğun olaraq öz davranışını dəyişdirməyə çağırıb.

“Biz atəşin dayandırılması imkanları görürük, amma eyni zamanda atəşkəs rejiminin pozulduğunu görürük. Vəziyyət çox kövrəkdur. Rusiya Ukraynada pozucu fəaliyyəti davam etdirməklə beynəlxalq qanunları pozur. Rusiyanın hərbi müdaxiləsi Ukraynada böhranın əsas səbəbidir. NATO Rusiya ilə qarşıdurma vəziyyətində olmaq istəmir, amma biz ittifaqın əsaslandığı prinsiplər üzrə kompromisə getməyəcəyik”, - deyə NATO-nun yeni baş katibi vurğulayıb.

O, qeyd edib ki, ittifaqın müstəqil, suveren və sabit Ukraynaya tam dəstəyi davam edəcəyik: “Avropanın hər milləti öz yolunu seçmək üçün azad olmalıdır. Biz Rusiyanın davranışında beynəlxalq hüquqa və Rusiyanın üzərinə götürdüyü öhdəliklərə uyğun dəyişiklikləri görməliyik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm