Netanyahu narahat olub
Bizi izləyin

Dünya

Netanyahu narahat olub

“İsrail ümid edir ki, İran nüvə silahının yaradılması üçün potensiala malik olmayacaq”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obama ilə görüşdə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

İsrail baş nazir İranın nüvə silahına sahib olmasına mane olan ABŞ prezidentinə də təşəkkür edib: “Ümid edirik ki, Barak Obama başda olmaqla Vaşinqton rəhbərliyi İranı nüvə silahını yaxın qoymayacaq”.

Dünən isə B.Netanyahu nüvə silahına malik olan Tehranın “İslam Dövləti” (İŞİD) qruplaşmasından daha təhlükəli olacağını bildirib.

“İranın bütün nüvə potensialı məhv edilməlidir. Çünki nüvə silahı olan İran bütün dünya üçün ciddi təhlükədir. İŞİD-in məğlub edilməsi vacibdir. Amma İranın nüvə dövlətinə çevrilməsinə imkan verməmək əsl qələbə olacaq”, - deyə İsrailin baş naziri söyləyib.

İranın nüvə proqramı ilə bağlı danışıqlarda isə irəliləyiş qeydə alınmır. İran hazırda nüvə proqramı üzrə “altılıq”la (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) danışıqlar aparır. İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 69-cu sessiyasında danışıqlarda irəliləyişin olmamasından şikayətlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm