Növbəti “saray çevrilişi” xəbərdarlığı – Putin öz “ordusu”nu yaradır
Bizi izləyin

Dünya

Növbəti “saray çevrilişi” xəbərdarlığı – Putin öz “ordusu”nu yaradır

Kremldə hakimiyyət çevrilişi ilə bağlı siqnalların Qərb mətbuatında artmasının ardınca Rusiyanın özündə də ekspertlər səviyyəsində eyni fikirlər səslənməyə başlayıb.

Publika.az-ın kavkazcenter.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə səslənən fikirlərdən biri “Sotnik ТV” nəşrinin banisi, Kreml hakimiyyətinin aktiv tənqidçisi Aleksandr Sotnikə məxsusdur.

A.Sotnik hesab edir ki, Rusiyada saray çevrilişi ideyasının aktuallığı görünməmiş sürətlə yetişir. O, fikrini əsaslandırmaq üçün qeyd edir ki, 1991-ci ildə “qəflətən" dağılan SSRİ-nin davamlılıq ehtiyatı indiki Rusiyadan daha güclü idi.

“Birincisi, istehsal dağıdılmamışdı, ikincisi xalqın əksəriyyəti SSRİ-nin saxlanılması üçün mübarizə aparırdı. Sadəcə “materialın yorğunluğu” öz sözünü dedi. Müqavimət göstərə bilməyən körpü qəflətən uçdu. Həm də unutmaq lazım deyil ki, SSRİ-nin dağılması ərəfəsindəki “düşkünlük” səviyyəsini indiki ilə müqayisə etmək olmaz. Putin yalnız ölkəni dalana aparmadı, o, həm də Rusiyanl iqtisadi və siyasi baxımdan öldürdü. Onun gedişi hazırda qaçılmaz görüşür. Saray çevrilişi ideyasının aktuallığı görünməmiş sürətlə yetişir. Rublun sürətlə dəyərini itirməsi ilə ilə ən yaxın həftələrdə iş yerlərinin ümumi ixtisarları və ölkənin “iqisadi sabitliyinə” inamın itkisi qaçılmazdır. Əhalinin üst-üstə gələn yorğunluqdan gözlərini “qəflətən” açması ilə hakimiyyətin yuxarı eşelonlarında müflis olmuş “milli dilerin” yerdəyişilməsi haqqında plan mütləq yetişəcək”, - deyə o, Putin hakimiyyətini yaxşı ssenarilərin gözləmədiyini dilə gətirib.

V.Putini saray çevrilişinin hədələdiyindən əmin olan digər bir şəxs rusiyalı politoloqu Stanislav Belkovskidir. Onun sözlərinə görə, Kreml başçısı bunu bilir: “Gözlənilən prosesin qarşısını almaq üçün Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin nəzdində artıq Milli Qvardiyanın formalaşması prosesi başlayıb. Hesab olunur ki, Putin onun üçün ən çətin vaxtda Milli Qvardiyaya söykənə biləcək”.

"Gündəlikdə saray çevrilişi var. Sui-qəsd ehtimalı da böyükdür. Belə bir atmosfer var. Bu isə indiyədək görünməmiş səviyyədə repressiyalara açır”, - deyə S.Belkovski xəbərdarlıq edir.

Rusiyalı politoloqun sözlərinə görə, Krımın zəbt edilməsinə qarşı olanların hamısı hazırda düşmən və xainlər hesab edilir: “Hansı ki, onları Rusiya Federasiyasının Cinayət Məcəlləsi üzrə cəzalandırmaq mümkündür. Yaranmış vəziyyətdə demokratik cəmiyyət üçün tipik siyasi rəqabət haqqında danışmaq yersizdir”.

Kreml ideoloqu və imperialist fikirlər müəllifi kimi tanınan Aleksandr Duqinin də saray çevrilişi barədə xəbərdarlıq etməsi iddiaların əsassız olmadığını göstərir. Donbas hövzəsindəki rusmeyilli separatçıların əsas ideoloqu, “Beynəlxalq Avrasiya Hərəkatı”nın başçısı iki gün əvvəl “facebook” səhifəsində yazıb ki, saray çevrilişi mümkündür. O hətta Putinin qətlini də istisna etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm