AŞPA Ukraynanı müharibəni bəhanə etməməyə çağırdı
Bizi izləyin

Dünya

AŞPA Ukraynanı müharibəni bəhanə etməməyə çağırdı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünənki iclasında Ukrayna məsələsində əsas diqqət Rusiya təcavüzündən yerini Ukraynanın daxili problemlərinə dəyişib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliynə istinadən verdiyi məlumata görə, AŞPA müharibəyə baxmayaraq, Kiyevi islahatları davam etdirməyə çağırıb.

Ukrayna üzrə əsas məruzəçi, monitorinq komitəsinin başçısı Ştefan Şennax bildirib ki, Ukrayna insan hüquqlarının müdafiəsi üzrə milli planı təsdiq etməlidir. Bununla yanaşı siyasətçi vurğulayıb ki, Ukraynada olan bəzi daxili amillər Rusiyanın müdaxiləsinə imkan yaradıb: “Bunlar dövlət idarələrinin fəaliyyətindəki qeyri-şəffaflıq, korrupsiya, oliqarxların maraqlar uğrunda mübarizəsidir”.

Ukrayna məsələləri üzrə əlavə məruzəçi Maylis Reps isə qeyd edib ki, Ukrayna hakimiyyəti Donbas hövzəsindəki münaqişənin həlli üçün sülh axtarışlarından başqa, üzərinə götürdüyü, xüsusilə qanunverici sferada islahatları həyata keçirməlidir.

“Əgər dövlət güclü daxili sistemə malikdirsə, o halda Rusiya təbliğatı Ukraynaya qarşı işləməyəcək”, - deyə əlavə məruzəçi qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm