Prezidentin ayağı sındı - köklüyündən
Bizi izləyin

Dünya

Prezidentin ayağı sındı - köklüyündən

Şimali Koreya lideri Kim Çen İn haqqında maraqlı iddia ortaya atılıb.

Axar.az xəbər verir ki, iddiaya görə, Kim Çen İn həddindən artıq çox yediyi üçün topuğu çatlayıb.

Belə ki, Şimali Koreya liderinin xəstə olduğu rəsmi şəkildə açıqlandıqdan sonra onun həddindən artıq kökəldiyi üçün ayağında çat əmələ gəldiyi deyilir.

Məlumata görə, atasından sonra vəzifəyə gələn 31 yaşlı lider ölkə başçısı olduğu gündən sürətlə kökəlməyə başlayıb. Təxminən dörd həftədir görünməyən Kim Çen İnn haqqında Cənubi Koreya qəzetləri onun çox içki içdiyini bildirib. Qəzet yazır ki, Kim Çen İn bir müddət öncə fabrik və məktəb açılışlarında iştirak edib və gəzişi zamanı ayağındakı problem hiss olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm