• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Roqozin: “Bu torpaq rus qanı ilə bol-bol sulanıb”

  • Dünya
  • 2 Oktyabr 2014 13:31
  • 1 057 Baxış
Roqozin: “Bu torpaq rus qanı ilə bol-bol sulanıb”

“Rusiya Dnestryanı ərazidə “Ukrayna ssenarisi"nin təkrarlanmasına imkan verməyəcək və öz tarixi rolunu tamamilə yerinə yetirəcək”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya baş nazirinin müavini, Rusiya prezidentinin Dnestryanı üzrə xüsusi nümayəndəsi Dmitri Roqozin “Dnestryanı rus sərhədidir!” muzey ekspozisiyasının açılışında deyib.

Onun sözlərinə görə, Rusiyanın Dnestryanı ərazidə yerinə yetirəcəyi “tarixi rol” burada sülhün və təhlükəsizliyinin təmin olunmasıdır. “Dnestryanı unikal yerdir. Burada Rusiyanın müdafiəsi üçün dəfələrlə qılınclar çarpazlaşıb. Bu torpaq rus qanı ilə bol-bol sulanıb. Əlbəttə, Dnestryanıda Rusiya dövlət quruluşu yoxdur, amma Rusiya vətəndaşları var. Onların sayı təxminən 200 min nəfərdir. Ən vacibi odur ki, bu torpaqdakı insanlar bizimlə vahid tarixi bölüşürlər. Bu çox əhəmiyyətlidir”, - deyə D.Roqozin vurğulayıb.

Rusiya baş nazirinin müavini bildirib ki, Rusiyada Dnestryanı ərazini “rus dünyası”nın, tarixini isə Rusiya tarixinin bir hissəsi hesab edirlər.

Mərasimdə həmçinin “Dnestryanı Respublika”nın prezidenti Yevgeni Şevçuk iştirak edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR