Krım kartı yenə böyük oyunda: Muxtariyyət Rusiyadan yardım istəyəcək
Bizi izləyin

Dünya

Krım kartı yenə böyük oyunda: Muxtariyyət Rusiyadan yardım istəyəcək

Hakimiyyət müxalifətlər danışıqlar masasına otursa da, 19 Yanvar tarixindəki nümayişlərin başlanmasına səbəb kimi göstərilən 16 Yanvar qanunları ləğv edilsə də, müxalifətin əsas tələbləri sırasında olan hökumətin istefası reallaşsa da Ukraynada vətəndaş q

Hakimiyyət müxalifətlər danışıqlar masasına otursa da, 19 Yanvar tarixindəki nümayişlərin başlanmasına səbəb kimi göstərilən 16 Yanvar qanunları ləğv edilsə də, müxalifətin əsas tələbləri sırasında olan hökumətin istefası reallaşsa da Ukraynada vətəndaş qarşıdurması və ölkənin parçalanması təhlükəsi sovuşmayıb.

Publika.Az –ın “Nezavisimaya gazeta”ya istinadən verdiyi məlumata görə, Krım Muxtar Respublikasının (QMR) parlamenti muxtariyyətin statusuna zəmanət vermək və krımlıların maraqlarını qorumaq xahişi ilə Rusiya prezidenti ilə Dövlət Dumasına müraciət hazırlayır.

Parlament həmçinin yarımadanın siyasi gələcəyi ilə bağlı referendumun keçirilməsini planlaşdırır. Kiyevdə isə Krım parlamentinin təşəbbüsünü özfəaliyyət olaraq qiymətləndiriblər. Ancaq istisna edilmir ki, bu təşəbbüs Ukrayna prezidenti Viktor Yanukoviçlə danışıqlarda Rusiya prezidenti Vladimir Putinin mövqelərini gücləndirəcək. Prezidentlərin görüşü isə sabaha planlaşdırılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov da təsdiqləyib ki, sabah Soçi Olimpiya Oyunlarının açılışı olmasına baxmayaraq, Putin Yanukoviçlə söhbət üçün vaxt tapacaq. Ukrayna liderinin silahdaşları prezidentlərin sabahkı görüşünə xüsusi önəm verirlər. Gözlənilir ki, Yanukoviç bundan sonrakı addımlarla bağlı qərar qəbul edəcək: Ya öz səlahiyyətlərinin məhdudlaşdırılmasına, konstitusiya islahatına, vaxtından əvvəl prezident və parlament seçkilərinin keçirilməsinə razılaşacaq, ya da böhranı güc yolu ilə həll edərək öz mövqeyini saxlamağa çalışacaq. Regionlar Partiyasından olan millət vəkili Anna German mətbuata açıqlamasında bildirib ki, Yanukoviçin Putinlə görüşünə qədər konstitusiya islahatı haqqında heç bir qərar verilməyəcək. Ali Radanın bu həftə keçirilən iclaslarında da məsələ ilə bağlı irəliləyiş əldə etmək mümkün olmayıb.

Beynəlxalq Demokratiya İnstitutunun rəhbəri Sergey Taranın sözlərinə görə, Putinlə Yanukoviçin görüşü həm də ona görə əhəmiyyətlidir ki, Rusiya daha əvvəllər də Ukraynada parlamentarizmin gücləndirilməsi dəstəkləyirdi. “Parlament-prezident idarə üsulu xarici güclərə Ukrayna siyasi güclər arasında ziddiyyətlərdən istifadə və manipulyasiya etməyə imkan verir. Belə forma ölkəni xarici müdaxilə və təzyiq üçün zəif edir”, - ekspert söyləyib. Müxalifət liderləri kimi bir çox ekspertlər də hesab edir ki, Qərbə olan bütün yolları bağlamaq üçün Moskva Yanukoviçi güc ssenarisinin reallaşdırılmasına itələyir. S.Taran isə hesab edir ki, Ukrayna lideri onsuz da Rusiyadan güclü asılılıdır. O, 17 Dekabrda Yanukoviç-Putin görüşündə əldə olunan anlaşmaları xatırladır.

S.Taran qeyd edir ki, Krım deputatlarının təşəbbüsləri Ukrayna prezidentinə təsirin əlavə vasitəsi olacaq: “Simferopolda səslənən bəyanatlar onu göstəririr ki, hakim partiyanın komandası elə də monolit deyil. Ukrayna üçün ərazi bütövlüyü təhlükəsi mövcuddur”.

İndiyə qədər Krım parlamenti Ukrayna prezidentindən fövqəladə vəziyyəti tətbiq etməyi və hadisələrə sərt müdaxiləni israrla tələb edirdi. Hazırda isə vəziyyət dəyişib. “Rus birliyi" Partiyasından olan deputat Sergey Sekov muxtariyyətin gələcək statusunun müəyyənləşdirilməsi üçün referendumun keçirilməsi və yardım üçün Rusiyaya müraciətlə bağlı təklif edilmiş təşəbbüslərin səsverməsini 19 Fevralda keçirilə biləcəyini deyib. Ukrayna müxalifətinin nümayəndələri isə əmindirlər ki, Krım muxtariyyəti Ukrayna tərkibindən çıxmaq üçün hazırlığa başlayıb. “Batkivşina” parlament fraksiyasının üzvü Nikolay Tomenko dünən Ukrayna parlamentində çıxış edərək Krım parlamentini buraxmaq üçün mərkəzi hakimiyyətə çağırış edib. Region Partiyasından isə vəziyyəti rəsmi şəkildə şərh etmirlər.

Ukrayna Siyasəti İnstitutunun rəhbəri Konstantin Bondarenko “Nezavisimaya gazeta”ya hadisəni şərh edərək bildirib ki, Krım elitaları və Krım siyasətini özünəməxsus xüsusiyyətlərə malikdir. “Orada çoxları üçün Rusiyaya cəzbedicidir. Mərkəzi hakimiyyətin bir qədər zəiflənməsini hiss edən kimi öz oyununu oynamağa çalışırlar, maliyyələşməyə ümid edərək özünü Rusiyaya təklif edirlər. Bu özfəaliyyətdir və problemi həll etmək olar. Amma Kiyevdə indi Krımla dalaşmaq istəmirlər. Məsələ ümumukrayna böhranından çıxış çərçivəsində həll ediləcək”, - ekspert hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm