Bu ölkə İŞİD-ə qarşı əməliyyatdan imtina etdi
Bizi izləyin

Dünya

Bu ölkə İŞİD-ə qarşı əməliyyatdan imtina etdi

Danimarka parlamenti ABŞ və koalisiya qüvvələrinin İŞİD-ə qarşı əməliyyatlarına dəstək vermək üçün 7 ədəd F-16 təyyarələrinin göndərilməsi təklifini qəbul etməyib.

Axar.az xəbər verir ki, layihənin qəbul olunmamasının əsas səbəbkarı parlamentdəki müxalifət millət vəkillərinin etirazları olub.

Parlamentdəki sağ partiyalar İŞİD tərəfində vuruşan Danimarka vətəndaşlarının vətənə xəyanət maddəsi ilə ittiham olunub-olunmayacaqları ilə bağlı sual ünvanlayıblar. Hökumətin bu sualı cavabsız qoyması gərginliyə səbəb olub və səsvermə keçirilməyib. Yaranan qalmaqaldan sonra təyyarələrin əməliyyata göndərilməsi məsələsi də təxirə salınıb.

“İŞİD tərkibində olan Danimarka vətəndaşlarının hərbçilərimizə qarşı döyüşməsi açıq müharibə vəziyyətidir. Onların vətənə xəyanət maddəsi ilə mühakimə olunub-olunmayacaqları ilə bağlı hökumətə ünvanladığımız suala cavab verilmədi. Bu məsələdə təminat almağımız lazımdır və buna görə də sabah hökumətlə birgə toplantı keçirməliyik”, - Mühafizəkar Partiyasının keçmiş sədri Lars Barfoed bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm