İŞİD Türkiyənin bir addımlığında – Kobaniyə bayraq sancıldı - FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD Türkiyənin bir addımlığında – Kobaniyə bayraq sancıldı - FOTOLAR

Terror təşkilatı İŞİD ilə bəzi kürd qrupları arasındakı toqquşmalar artıb. İŞİD Şiftək kəndi yaxınlığındakı Zorava təpəsində bayraq dalğalandırıb.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, “Anadolu Agentliyi”nin hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, iki qrup arasındakı toqquşmalar Kobaninin (Ayn Əl-Ərəb) yaxın kəndlərində davam edir. Yerli mənbələr İŞİD-in Kobanini cənub, şərq və qərb istiqamətlərindən mühasirəyə almağa çalışdığını bildirib. Dünən top atışlarını intensivləşdirən terror təşkilatı rayonun cənubundan üç fərqli tərəflərdən hücuma keçib.

Bölgədəki silahlı milislərin də İŞİD-ə qarşılıq verdiyi qeyd olunub. Həmçinin qeyd edək Kobaninin Şiftək kəndi yaxınlığındakı Zorava təpəsində İŞİD-in öz bayrağını dalğalandırdığı görünüb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm