• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Krım tatarları heç bir iz buraxmadan “itir” – SOS

  • Dünya
  • 2 Oktyabr 2014 15:47
  • 787 Baxış
Krım tatarları heç bir iz buraxmadan “itir”  – SOS

Krımın zəbt edilməsindən bu yana yarımada ərazisində 18 Krım tatarı heç bir iz buraxmadan yox olub.

Publika.az-ın gordonua.com saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında çıxış edən Ukrayna Ali Radasının üzvü, Krım tatalarının lideri Mustafa Cəmilov bildirib.

“İşğaldan bir qədər sonra 15 tatar heç bir iz buraxmadan yox oldu. Onlardan yalnız birinin cəsədini tapdıq. Cəsəd tanınmaz hala salınmışdı. Daha üç nəfər isə keçən həftə itib. Son olaraq, sentyabrın 29-da Yevpatoriyada Ədəm Asanov yoxa çıxıb. Yerli hakimiyyət bu insanlar haqqında heç bir məlumatı malik olmadığını bildirir”, - deyə ukraynalı siyasətçi vurğulayıb.

M.Cəmilovun sözlərinə görə, qanunsuz Krım hakimiyyəti Krım tatarlarını təqib edir, onların evlərində, məscidlər, təhsil müəssisələrdə, kitabxanalarda qanunsuz axtarışlar aparır. O, son həftə ərzində formal səbəblər görə 40-dan çox axtarışın aparıldığını deyib.

“Əgər üç insan bir yerə yığışırsa, bu, qanunsuz hesab olunur və yüksək miqdarda cərimələrlə cəzalandırılır”, - Ali Rada üzvü qeyd edib.

M.Cəmilov dünən AŞPA-da etdiyi çıxışında yarımada ərazisindən Ukraynanın əsas ərazisinə qarşı hərbi hərəkətlərə başlamaq üçün ilk növbədə Krımda “beşinci kolon”un məhv edilməsinə hazırlıq getdiyini söyləyib.

Bir müddət əvvəl isə Krım Tatar Məclisinin sədri Refat Çubarov bildirmişdi ki, Rusiya iyirmi birinci əsrdə “Tatarlarsız Krım” doktrinasını dirçəldir.

“Yarımadanın işğalına qarşı çıxan yerli xalq hazırda ən zəif qrup olub. De-fakto Krım hakimiyyəti irqi, etnik və dini əlamətlər üzrə Krım tatarları barəsində sistem diskriminasiyas siyasəti aparır. Krım tatarlarına qarşı repressiyaların miqyası böyüyüb, onlar oğurlanır, evlərində, məscidlərdə, mədrəsələrdə, Krım Tatar Məclisinin ofislərində kütləvi axtarışlar aparılır”, - Krım Tatar Məclisin sədri bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR