Putin: “Ukrayna yalnız bu halda ərazi bütövlüyünü saxlaya bilər”
Bizi izləyin

Dünya

Putin: “Ukrayna yalnız bu halda ərazi bütövlüyünü saxlaya bilər”

“Ukrayna yalnız bütün vətəndaşlara hörmət edərək ərazi bütövlüyünü saxlaya bilər”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır!” investisiya forumunda çıxışında deyib.

"Ukraynanın istənilən guşəsində yaşayan insanlar beynəlxalq hüquqda nəzərdə tutulmuş bütün hüquqlardan istifadə etməli, heç kimin ana dilindən istifadə hüququ məhdudlaşdırılmamalıdır. Nə dini, nə də etnik prinsiplər üzrə ayrı-seçkilik olmamalıdır. Ukrayna yalnız bütün vətəndaşların hüquqlarına hörmət etməklə ərazi bütövlüyünü saxlaya biləcək”, - deyə Rusiya prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm