• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dövlət başçısı: “ABŞ məni öldürmək istəyir”

  • Dünya
  • 2 Oktyabr 2014 18:20
  • 582 Baxış
Dövlət başçısı: “ABŞ məni öldürmək istəyir”

Argentina prezidenti Kristina Kirçner ABŞ-ın ona qarşı sui-qəsd planlaşdırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, Argentina dövlət başçısı Kristina Kirçner ABŞ hakimiyyətinin onu devirmək, hətta öldürmək belə istədiyini deyib. Kirçner bu yaxınlarda verdiyi açıqlamada Argentinadakı biznes və bank işçiləri çevrələrində də hökumətini devirmək üçün sui-qəsdlər qurduğunu vurğulayıb.

Dövlət başçısı “əgər mənə bir şey olsa, Orta Şərqə baxmayın (İŞİD-i nəzərdə tutur – red), şimala baxın” deyərək ABŞ-a ona sui-qəsd hazırladığına işarə edib.

Kirçner bu yaxınlarda Papa Françis ilə görüşəndən sonra verdiyi açıqlamada İŞİD yaraqlılarının İsrail siyasətinə görə onu öldürmək istədiyini iddia etmişdi. O, hökumətinin ölkə iqtisadiyyatında problem yaratdığı iddia olunan şirkətləri araşdıracağını qeyd edib.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR