Kadırov 1400 qoyun hədiyyə edəcək
Bizi izləyin

Dünya

Kadırov 1400 qoyun hədiyyə edəcək

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Həştərxan vilayətinin sakinlərinə Qurban bayramı münasibətilə 1400 qoyun hədiyyə edəcək.

Publika.az-ın “İntefaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Həştərxan müftisinin köməkçisi Faqilya Asanov bildirib.

Qoyunlardan 220-si Həştərxan məscidlərinə, 180-i Privoljski rayonuna veriləcək. Digər rayonların hər biri üçün isə 100 qoyunun verilməsi planlaşdırılır.

Məlumata görə, müsəlmanlar hazırda Həştərxan vilayətində əhalinin 26 faizini təşkil edirlər. Onların əksəriyyəti qazaxlar və tatarlardır. Vilayətdə 54 məscid, 70-dən çox müsəlman icması qeydiyyata alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm