• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD Kobaniyə girdi - VİDEO

  • Dünya
  • 2 Oktyabr 2014 21:20
  • 1 018 Baxış
İŞİD Kobaniyə girdi - VİDEO

“İslam Dövləti” (İŞİD) terror qruplaşması şərq istiqamətdən Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərinə daxil olub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Suriya müxaliflərə aid “Masar” xəbər agentliyi bildirib.

Məlumata görə, Kobaniyə şərqdən daxil olan İŞİD Kazkan kəndi və bölgədəki bəzi əhəmiyyətli məntəqələrə nəzarəti təmin edib.

Xəbərdə ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin hava hücumlarına davam etdiyi, İŞİD-in isə bölgədə irəliləyişin davam etdiyi bildirilir.

Qeyd edək ki, ABŞ və beş ərəb ölkəsi (Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, BƏƏ və İordaniya) sentyabrın 23-dən İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirməyə başlayıb. Terror təşkilatına qarşı İraqda aparılan əməliyyatlara isə Fransa, Hollandiya, Böyük Britaniya, Almaniya kimi Avropa ölkələri qoşulub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR