ABŞ-da Ebola həbsləri: 80 nəfər saxlanılıb
Bizi izləyin

Dünya

ABŞ-da Ebola həbsləri: 80 nəfər saxlanılıb

ABŞ-da Ebola virusuna yoluxan Tomas Erik Dunkanla təmasda olmaqda şübhəli bilinən təxminən 80 nəfər nəzarətə götürülüb.

Publika.az-ın məlumatına görə, bu barədə Dallas Səhiyyə Xidmətlərinin təmsilçisi Eikka Neroes açıqlama verib. Onun sözlərinə görə, sorğu-suala çəkilən 80 nəfərədn bəziləri Tomasla, digərləri də həmin şəxslərlə ünsiyyətdə olub.

Amma saxlanılan şəxslərin heç birində virus aşkarlanmayıb.

Qeyd edək ki, ABŞ-da ilk Ebola virusuna yoluxn Tomas Erik Texasın Dallas şəhərində xəstəxanaya yerləşdirilib. Onun Liveriyada virusa yoluxduğu ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm