Deputat və rəfiqəsi öldürülüb
Bizi izləyin

Dünya

Deputat və rəfiqəsi öldürülüb

Venesuelanın hakim Vahid Sosializm Partiyasından olan deputat Robetr Serri və onun rəfiqəsi Mariya Erreri paytaxt Karakasda öldürülüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Miqel Rodriqes Torres bildirib.

“Noticias24” nəşrinin məlumatına görə, Robert Serri və Mariya Errerinin bədənləri soyuq silahla çoxlu sayda zərbələr vurulub. "Bu yaxşı planlaşdırılmış və peşəkarlıqla yerinə yetirilmiş qətldir. Hər hansı təsadüfi qətldən söhbət getmir”, - deyə Rodriqes Torres qeyd edib.

Rəsmi məlumatlara görə, Venesuelada 2013-cü ildə hər 100 min nəfərə 39 qətl hadisəsi düşüb. Müstəqil qeyri-hökumət təşkilatı “Observatorio Venezolano de Violencia” isəbu rəqəmin hətta 79 olduğunu iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm