• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Moldova və Ukrayna 2019-cu ildə AB-yə üzv ola bilər

  • Dünya
  • 2 Oktyabr 2014 23:32
  • 409 Baxış
Moldova və Ukrayna 2019-cu ildə AB-yə üzv ola bilər

Rumıniya Ukrayna və Moldovanı 2019-cu ildə Avropa Birliyinin üzvü kimi görmək istəyir.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rumıniya baş naziri Viktor Ponto Ukrayna baş naziri Arseniy Yasenyuk və Moldova baş naziri Yuri Lyankeylə Kiyevdə keçirdiyi birgə brifinqdə deyib.

“Rumınıya 2019-cu ildə Avropa Birliyinə sədrlik edəcək. Çox istərdik ki, masanın arxasında bizimlə birlikdə Moldova və Ukrayna nümayəndələri də əyləşsin. Kiçik sərhəd hərəkəti haqqında razılaşma bu istiqamətdə ilk addım olmalıdır. Hər iki tərəfdən təxminən 2 milyon vətəndaş bu razılaşmadan istifadə edəcəklər. Buraya Ukraynadakı rumın və Rumıniyada Ukrayna azlığı daxildir”, - deyə V.Pont bildirib.

Xatırladaq, Ukrayna Prezidenti Pyotr Poroşenko ölkəsinin Ukrayna 2020-ci ilə qədər Avropa Birliyinə üzv olmaq üçün sifarişi verəcəyini bəyan edib.

Bu gün isə Ukrayna və Rumıniya yerli sərhəd hərəkəti haqqında razılaşmanı imzalayıb. Razılaşma iki ölkədəki rumun və ukraynalı azlıqların qarşı tərəfi sərbəst keçidini nəzərdə tutur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR