Ermənistan 10 oktyabrda müqaviləni imzalaya bilər
Bizi izləyin

Dünya

Ermənistan 10 oktyabrda müqaviləni imzalaya bilər

Gömrük İttifaqına Ermənistanın üzvlüyü haqqında müqavilə 10 oktyabrda imzalana bilər.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avrasiya İqtisadi Komissiyasının şura üzvü Sergey Rumas bildirib.

“Minsk sammitinə Ermənistan tərəfinə aid olan bütün məsələlər çıxarılacaq. Ermənistan müqaviləni imzalamağa hazır olacaq. Müqavilə imzalana bilər”, - deyə S.Rumas vurğulayıb.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının sammiti 10 oktyabrda Minskdə keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm