Türkiyə üçün 1991-ci il formulu yenidən gündəmdə: BMT-yə ehtiyac yoxdur
Bizi izləyin

Dünya

Türkiyə üçün 1991-ci il formulu yenidən gündəmdə: BMT-yə ehtiyac yoxdur

Türkiyə Böyük Millət Məclisində (TBMM) Suriya və İraqla bağlı qəbul edilən qərardan sonra diqqətlər atılacaq addımlara çevrilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ankara israrla üzərində dayandığı etibarlı bölgə üçün beynəlxalq hüquqi əsas tapıb.

Məlumata görə, Ankaranın etibarlı bölgənin yaradılması ilə bağlı təklifinin həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni bir qərarına ehtiyac yoxdur. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1991-ci ildə İraqın şimalında “tampon bölgə”nin yaradılması barədə qəbul etdiyi qərar etibarlılığını saxlayır.

BMT Təhlükəsizlik Şurasının 688 saylı bu qərarı “humanitar böhran səbəbi ilə tampon bölgə” düsturunu qanuniləşdirir. Sözügedən qərarı qiymətləndirən diplomatik mənbələrdə qərarın yalnız regional olmadığını, humanitar böhranla bağlı olduğu üçün bu gün də etibarlı olduğunu bildirir.

Xatırladaq ki, dünən TBMM-də müzakirəyə çıxarılan Suriya və İraqla bağlı qərar layihəsi qəbul olunub. Qərar İraq və Suriyadan Türkiyəyə istiqamətli terror təhdidi olacağı halda Silahlı Qüvvələrin ölkə xaricinə göndərilməsi üçün hökumətə icazə verir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatların girovluqdan azad edilməsindən sonra Ankaranın mövqeyinin dəyişdiyini və bundan sonrakı müddətin daha fərqli olacağını bildirsə də, ölkəsinin İŞİD-ə qarşı mübarizədə atacağı addımlarda 3 məsələ çox əhəmiyyətli olduğunu deyib.

“Bunlardan birincisi, uçuşa qadağan bölgənin elan edilməsi və bu bölgənin zəmanət altına alınması, ikincisi, etibarlı bir bölgənin Suriya tərəfində yaradılması, üçüncü isə təchizat prosesinin kimlərlə və necə idarə ediləcəyinin müzakirə olunmasıdır”, - deyə Türkiyə dövlət başçısı dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm