Tehran Ankaraya xəbərdarlıq etdi: “Vəziyyəti gərginləşdirməyin”
Bizi izləyin

Dünya

Tehran Ankaraya xəbərdarlıq etdi: “Vəziyyəti gərginləşdirməyin”

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqa mümkün müdaxiləsinə icazə verən qərarın qəbul edilməsi Tehran tərəfindən sərt qarşılanıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə Böyük Millət Məclisində (TBMM) qərarın qəbul edilməsindən dərhal sonra türkiyəli həmkarı Mövlüd Çavuşoğluya zəng edib.

Xəbərdə İran xarici işlər nazirinin M.Çavuşoğluya “bölgədə vəziyyəti gərginləşdirməyin” xəbərdarlığı etdiyi bildirilir.

Xatırladaq ki, dünən TBMM-də müzakirəyə çıxarılan Suriya və İraqla bağlı qərar layihəsi qəbul olunub. Qərar İraq və Suriyadan Türkiyəyə istiqamətli terror təhdidi olacağı halda Silahlı Qüvvələrin ölkə xaricinə göndərilməsi üçün hökumətə icazə verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm