ABŞ İŞİD-ə qarşı döyüşdə ilk itkisini verdi
Bizi izləyin

Dünya

ABŞ İŞİD-ə qarşı döyüşdə ilk itkisini verdi

ABŞ Hərbi Hava Qüvvələrinə aid təyyarə Fars Körfəzində qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, İŞİD-ə hava zərbələri endirmək üçün Fars körfəzindəki “Makin İsland” təyyarədaşıyan gəmisindən qalxan “MV-22 Osprey” təyyarəsi bir qədər sonra idarəetməni itirib.

Pilotlar təyyarəni gəminin göyərtəsinə endirməyi bacarsalar da, onlardan biri dənizə düşüb.

ABŞ Hərbi Dəniz Donanmasından verilən məlumatda qeyd olunub ki, aparılan axtarış tədbirləri heç bir nəticə verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm