Koalisiya qüvvələri bu dəfə mülki şəxsləri vurdu – VİDEO / 18+
Bizi izləyin

Dünya

Koalisiya qüvvələri bu dəfə mülki şəxsləri vurdu – VİDEO / 18+

ABŞ-ın liderliyi ilə İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiya qüvvələri Suriyada mülki şəxsləri hədəfə alıb.

Publika.az xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı “Youtube” videopaylaşım saytına yeni bir video yükləyib. Videoda bir neçə mülki şəxsin meyitini görmək mümkündür. Terror təşkilatının iddiasına görə, bu şəxsləri koalisiya qüvvələri qətlə yetirib.

Xatırladaq ki, sentyabrın 26-da yayılan xəbərə görə, ABŞ-ın rəhbərliyi altında koalisiya qırıcıları İŞİD yaraqlılarını vurmaq əvəzinə İraq əsgərini öldürüb. İraq ordusunun 70 əsgəri həlak olub.

İraq əsgərləri tərəfindən sosial şəbəkələrdə yayımlanan videoda bölgədə baş verən toqquşmalar bütün çılpaqlığı ilə sərgilənir. Videoda İraq əsgərlərinə İŞİD yaraqlıları tərəfindən ciddi müqavimət göstərildiyi və əsgərlərin qorxudan ağladığı görünür.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm