Rusiya-Ukrayna müharibəsində QAFQAZ İZİ: “Şərq” batalyonu necə “dirildi”
Bizi izləyin

Dünya

Rusiya-Ukrayna müharibəsində QAFQAZ İZİ: “Şərq” batalyonu necə “dirildi”

Rəsmi Kiyev Ukraynanın şərqində separatçılarla birlikdə Şimali Qafqaz xalqlarının, o cümlədən çeçenlərin vuruşduğu barədə dəfələrlə məlumat yayıb və videokadrlar yayımlayıb. Hətta Ukraynada yalnız çeçenlərdən təşkil olunan hərbi qruplaşmalarının olduğu iddia olunur. Kiyev bir neçə dəfə də bu iddiaları sübut edə biləcək videogörüntülər yayımlayıb.

Gözlənildiyi kimi, həm Kreml rəhbərliyi, həm də Çeçenistan prezidenti Ramzan Kadırov bu iddiaları rədd edir.

Publika.az-ın verdiyi xəbərə Şimali Qafqaz xalqlarının Ukraynadakı münaqişədə iştirakı ilə bağlı tez-tez yazılar dərc edən kavkazcenter.com saytı yenidən bu məsələyə qayıdıb.

Sayt yazır ki, Ukraynanın şərqindəki müharibədə Şimali Qafqazdan xeyli sayda insan, həmçinin Çeçenistan və Gürcüstanla müharibələrdə vuruşmuş Rusiya Silahlı Qüvvələrinin hərbi hissələrin bölmələri iştirak edir. Bu barədə növbəti açıqlamanı Rusiya hüquq müdafiəsi mərkəzinin başçısı Aleksandr Çerkasov “Dojd” telekanalının efirində bildirib. Onun məlumatına görə, 2008-ci ildə dağıdıldığı deyilən “Şərq” batalyonu yenidən formalaşdırılıb və Donbas hövzəsindəki döyüşlərə cəlb olunub. “Şərq” batalyonunun şəxsi heyətinin əksəriyyətini isə çeçenlər təşkil edirdilər. O, həmçinin Ukraynada yalnız çeçenlərin deyil, digər Qafqaz xalqlarının, məsələn osetinlərin vuruşduğunu bildirib.

“Şərq” batalyonunun əksəriyyətini çeçenlər təşkil edirdilər. Batalyon 2008-ci ildə özünü Cənubi Osetiyada Gürcüstanla müharibədə göstərdi. O, Rusiya hərbi gücünü avanqardı kimi hərəkət edirdi və həmin il dağıdıldığı barədə informasiyalar yayıldı. “Şərq” batalyonu indi haradadır? Bu ilin may ayının sonunda Donetsk aeroportu uğrunda gedən döyüşdə həlak olanlar arasında çeçenlər də var idi. Mayın 28-29-da Çeçenistan Respublikasına cəsədlərin gətirilməsinə başlanıldı. Amma daha sonra daha maraqlı hadisə oldu. Məlum olur ki, “Şərq” batalyonu 2008-ci ildə dağıdılmayıb, amma indi yenidən formalaşdırılıb”, - deyə A.Çerkasov söyləyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, “Şərq” batalyonu Rusiyanın Çeçenistan Respublikasında yerləşdirilən hərbi hissələrin hesabına yenidən formalaşdırılıb: “Batalyon döyüşçülərinin əhəmiyyətli hissəsi Rusiya Silahlı Qüvvələrinin “Qərb” hərbi dairəsinin xüsusi təyinatlılarıdır. Çeçenistan Respublikasında muzdluların toplanması zamanı isə insanlar köhnə əlaqələrindən istifadə etməyə başladılar. Batalyonlara daha çox vaxtilə onun tərkibində qulluq edənlər cəlb olunurdu. Çeçenlərin Ukraynada döyüşməsi barədə video isə avqustun sonlarına aid idi. Çeçenlər Mariupolun ən cənub cinahında sərhədi keçir və çeçen dilində danışırdılar. Bu artıq döyüşə ən hazır “Cənub” federal dairəsi hərbi hissələrin əməliyyatlarda iştirakı demək idi. Məsələn, 18-ci briqada 13 avqustda böyük itkilərlə üzləşdi. Məlumdur ki, 11 avqustda Rusiya hərbi qüvvələri Snejnoe şəhərinə daxil olaraq “Ximmaş” zavodu ərazisində yerləşdilər. Onların sərəncamında 100-dən çox avtomobil və zirehli texnika var idi. Avqustun 13-də isə zavod Ukrayna "Qrad”larının zərbələrinə tuş gəlmişdi. Bu hərbi hissənin döyüşçüləri məlumat verir ki, ölənlərin sayı təxminən 120, yaralıların sayı isə 200 idi. Onlar arasında şoxlu sayda Şimali Qafqazdan olan muzdlular var idi”.

A.Çerkasovun sözlərinə görə, bu hadisə Donbas hövzəsindəki müharibədə çeçenlərin iştirakı ilə bağlı yeganə hadisə deyil. Hüquq müdafiəçisi əlində olan faktlara Rusiya hakimiyyətinin hər hansı bir cavab vermək istəmədiyini qeyd edib: “Həlak olan və yaralananlar barədə sorğulara Rusiya Federasiyası Müdafiə Nazirliyi “biz sizə heç nə deməyəcəyik, çünki bizim əlimizdə şəxsi məlumatların qorunması barədə qanun var” şəklində cavab verirlər. Avqustun 25-də Rusiya Federasiyası prezidenti yanında Şuranın hərbi-vətəndaş münasibətləri üzrə daimi komissiyanın sədri Sergey Krivenko və komissiyanın üzvü Ella Polyakov Çeçenistan Respublikasındakı 18-ci motoatıcı briqadanın 9 hərbçisinin Rostov vilayətində yerləşən poliqonda həlak olması barədə informasiyanın yoxlanılması xahişi ilə istintaq komitəsinə müraciət edib. Əsgər Anaları Komitəsinin rəhbəri Lyudmila Boqatenkova da iddia edir ki, onlar müqavilə ilə Ukraynada vuruşurdular. Avqustun 28-də isə S.Krivenko və E.Polyakov Rusiya Federasiyası istintaq komitəsinin hərbi istintaq idarəsinə müraciətlərində sözügedən məsələ ilə bağlı cinayət işinin qaldırılmasını xahiş edib. Bu müraciətlərə heç bir cavab yoxdur. Rəsmi Rusiya göstərir ki, hər şey yaxışıdır, amma biz göstərməliyik ki, orada heç nədən insanlarımız məhv olurlar”.

Maraqlıdır ki, rəsmi Kiyevin sözügedən iddiaları rədd etməsinə, yaxud da cavab verməkdən yayınmasına başmayaraq “Donetsk Xalq Respublikası” separatçı qurumu da silahlı konfliktdə Çeçenistan Respublikasından olan döyüşçülərin iştirakını dəfələrlə təsdiqləyib. Lakin separatçı qurum onların könüllülük prinsipi əsasında döyüşdüyünü bildirir. Ancaq bir müddət əvvəl məlum olub ki, Rusiya hərbçiləri, o cümlədən Çeçenistandan olan hərbçilər Ukraynaya göndərilməmişdən əvvəl şantal edilərək müqavilə imzalamağa məcbur edilirlər. Bu barədə Rostov vilayətinin Əsgər Anaları Komitəsinə bir neçə hərbçinin valideyni bildirib.

İddiaları bir neçə dəfə rədd edən Çeçeniztan Respublikasının prezidenti Ramzan Kadırov da çeçenlərin Ukraynada döyüşdüyünü sübut edən videokadrların yayılmasından sonra müəyyən qədər geri çəkilməli oldu. Amma o, da Donetsk separatçıları kimi çeçenlərin könüllü olaraq Ukraynaya getdiyini, heç kimin döyüşə məcbur göndərilmədiyini bildirib.

Ən acınacaqlısı isə odur ki, çeçenlər Ukraynada bir-birinə güllə atmalı olurlar. Belə ki, Ukraynaya gedən çeçenlərin hir hissəsi Ukrayna könüllü batalyonlarının tərkibində separatçılara qarşı döyüşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm