• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Liviya parlamenti mehmanxanaya köçdü

  • Dünya
  • 3 Oktyabr 2014 16:27
  • 446 Baxış
Liviya parlamenti mehmanxanaya köçdü

Liviya parlamentinin üzvləri paytaxt Tripolidən qaçaraq Misirlə sərhəddə yerləşən “Dar al-Salam” mehmanxanasında gizlənib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Al-Arabiya” telekanalı bildirib.

Məlumata görə, millət vəkilləri öz ailələri və tərəfdarları ilə birlikdə Tripolini tərk ediblər. Telekanal dəqiqləşdirib ki, parlament üzvləri mehmanxanada büdcə vəsaiti hesabına qalırlar.

“Mehmanxana hazırda əsl qalaya çevrilib. Onun ətrafında hərbçilər daim patrul çəkir, yollar zenit topları və yük maşınları ilə kəsilib. Beləliklə, Liviyada eyni zamanda iki parlament işləyir: qanuni seçilmiş parlament mehmanxanada, paytaxt Tripolidə isə növbədənkənar seçkilər əsasında formalaşan parlament iclasları keçirir. Onlardan hər biri öz hökumətini formalaşdırıb”, - deyə telekanalın xəbərində deyilir.

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin qətlindən sonra Liviya vətəndaş müharibəsi vəziyyətindədir. Ölkənin şərqini Abdalloy at-Taninin başçılıq etdiyi dünyəvi müxalifətin gücləri nəzarətdə saxlayır. Onun tərəfində ordu var. Qərbdə və mərkəzi rayonlarda isə islamçılar möhkəmlənib və “Milli Qurtuluş Hökuməti”ni yaradaraq Amra al-Xasini baş nazir təyin ediblər.

Tərəflər hazırda Benqazi şəhəri uğrunda döyüşlər aparır. Liviya ərazisinin çox hissəsinə isə ümumiyyətlə heç bir qüvvə nəzarət etmir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR