Dünya
Rusiya Donetsk aeroportunu almağa hazırlaşır
Rusiya Donetsk aeroportunun yaxınlığında pilotsuz təyyarələr və ağır zirehli texnika yerləşdirib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.
“Donetsk aeroportu üçün döyüşlər fasiləsiz davam edir. Dünən Ukrayna hərbçiləri quldurlar və Rusiya muzdlularının hücumlarını iki dəfə dəf edib. Ərazidə zirehli texnika, ağır artilleriya və xeyli sayda şəxsi heyətin hərəkəti kəşfiyyatımız tərəfindən qeydə alınıb. Əraziyə həmçinin Rusiya mütəxəssisləri tərəfindən idarə olunan hava kəşfiyyatı vasitələri gətirilib”, - deyə A.Lısenko vurğulayıb.
O, Donetsk aeroportuna antiterror güclərinin nəzarət etdiyini və obyektin müdafiəsi üçün bütün mövqelərin gücləndirildiyini qeyd edib.
Xatırladaq ki, oktyabrın 1-də “Donetsk Xalq Respublikası” separatçı qurumun "baş nazir"i Aleksandr Zaxarçenko jurnalistlərə açıqlamasında həftənin sonuna kimi Donetsk aeroportunu tamamilə ələ keçirəcəklərini bildirib: “İki, maksimum üç gün Donetsk aeroportu bizim nəzarətimizə keçəcək”.
Ömər Dağlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB