Kobani hərbi bölgə elan edildi - VİDEO
Bizi izləyin

Dünya

Kobani hərbi bölgə elan edildi - VİDEO

Bu gün axşam saatlarında Kobanidə IŞİD-lə kürd silahlıları arasında atışma yenidən şiddətlənib.

Publika.az xəbər verir ki, terrorçular şəhərin mərkəzini ağır artilerya atəçinə tutublar. Şəhərə təxminən 30 top mərmisi atılıb. Mərmilərin düşdüyü yerlərdən yanğınlar başlayıb.

IŞİD-lə döyüşə hazırlaşan Suriyadakı Kürd xalq müdafiə qüvvələri Kobani şəhərini hərbi bölgə elan edərək mülki vətəndaşların təxliyəsini tələb edib. Terrorçularsa artıq şəhərin kənar məllələrinə qədər irəliləyə bilib. Top mərmilərindən sonra geri çəkilmək məcburiyyətində qalan kürd silahlıları şəhəri mühasirəyə almış İŞİD-lə küçə döyüşlərinə hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm