Ukrayna ordusu itki verdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu itki verdi

Son bir gündə Donbas hövzəsində Ukraynanın iki hərbçisi həlak olub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının infomasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko Kiyevdə keçirdiyi brifinqdə bildirdi.

O, yaralanların sayının dəqiqləşdirildiyini deyib. A.Lısenko separatçıların Ukrayna ordusunun Debaltsevo, Uqleqorsk, Çernuxino Nevelski, Novomixaylovka, Krasnoqorovka və Popasnaya yaşayış məntəqələrindəki mövqelərini atəçə tutduğunu qeyd edib.

Ən gərgin vəziyyətin hökm sürdüyü Donetsk aeroportunun Ukrayna ordusunun nəzarətində olduğunu qeyd edən A.Lısenko separatçıların aeroportunun son hücumunda bir Ukrayna hərbçisinin həlak olduğunu, üçünün isə yaralandığını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm