Kobanidə küçə döyüşləri gedir
Bizi izləyin

Dünya

Kobanidə küçə döyüşləri gedir

İŞİD terror qruplaşması ilə PKK-nın Suriya qolu olan PYD silahlıları arasında döyüşlər hazırda Kobani şəhərinin küçələrində gedir.

Publika.az-ın İŞİD-ə yaxınlığı ilə tanınan takvahaber.net saytına istinadən verdiyi məlumata görə, tarixində ilk dəfə küçə döyüşlərinə girən PYD ilk gündə təxminən 90 nəfər itki verib.

Məlumata görə, Kobaniyi üç tərəfdə mühasirəyə alan İŞİD şəhərə 5 əsas qola ayrılaraq daxil olub. İŞİD silahlılarının Türkiyə sərhədindəki Mürşitpınar sərhəd-keçid məntəqəsinin olduğu bölgəni ələ keçirərək PYD-ni Kobani daxilində sıxışdırdığı iddia edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm