İŞİD Türkiyəni topa tutdu - SON DƏQİQƏ
Bizi izləyin

Dünya

İŞİD Türkiyəni topa tutdu - SON DƏQİQƏ

Suriya-Türkiyə sərhədində gərginlik getdikcə yüksəlir.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Suriyanın Kobani şəhəri istiqamətindən atılan bir havan topu sərhəddəki Mürşitpınar sərhəd-keçid qapısı yaxınlığında partlayıb.

Partlayış nəticəsində Xüsusi Hərəkat Şöbəsinin müdiri yaralanıb. Yaralanan şöbə müdiri Suruç dövlət xəstəxanasına çatdırılıb.

Topun İŞİD terror qruplaşması tərəfindən atıldığı ehtimal edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm