Putin də “Yeni SSRİ” müqaviləsini təsdiqlədi
Bizi izləyin

Dünya

Putin də “Yeni SSRİ” müqaviləsini təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtsadi İttifaqın yaradılması haqqında müqavilə təsdiq edən qanunu imzalayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Nazirlər Kabinetinin müşavirəsində bildirib.

Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə 2015-ci il 1 yanvar tarixindən qüvvəyə minməlidir.

“Bu gün Avrasiya İqtisadi İttifaqı haqqında müqavilənin təsdiqi barədə federasiya qanunu imzaladım. Bu bizim ən yaxın partnyorlarımızla inteqrasiya üzrə birgə işimizdə əhəmiyyətli mərhələdir”, - deyə Rusiya dövlət başçısı deyib.

Xatırladaq ki, Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko bu il mayın 29-da Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının yaradılması haqda müqaviləni imzalayıblar. Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Müqavilə Belarus parlamentində müzakirə mərhələsindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm