Ağ Evə üçüncü Buş gəlir
Bizi izləyin

Dünya

Ağ Evə üçüncü Buş gəlir

Növbəti seçkilərdə Amerikada Buş ailəsindən 3-cü şəxs hakimiyyətə gələ bilər. Publika.az xəbər verir ki, bu baradə oğul Corc Buş "Fox News" kanalında qonaq olduğu proqramların birində açıqlama verib.

68 yaşlı eks-prezident ailəsindən daha bir nəfəri Ağ Evdə görəcəyinə ümidvar olduğunu deyib. Qardaşı Jeb Buş haqqında danışan Corc Buş onun prezident olmaq istədiyini etiraf edib. "Məncə çox yaxşı bir prezident olar", - Corc W. Buş əlavə edib. O, qardaşının prezidentlik məsuliyyətni yaxşı dərk etdiyini vurğulayıb: "Prezidentliyin necə bir vəzifə olduğunu çox yaxşı anlayır. Çünki atasını və böyük qardaşını o vəzifədə görüb".

Eks-prezident özündən 7 yaş kiçik qardaşı ilə 2017-ci ildə prezident sekilərində namizədliyinin irəli sürülməsi haqqında müzakirələr apardığını söyləyib.

Qeyd edək ki, hələ ötən seçkilərdə Jeb Buşun Obamaya rəqib olacağı haqqında mediada müəyyən yazılar dərc edilirdi. Amma o zaman Buş məlumatları şərh edərkən, 2017-ci ildə Respublikaçılar Partiyasının namizədi olacağını istisna etməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm