Dünya
Poroşenko Rusiya ilə sərhəddə “Divar” çəkir
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə sərhədin möhkəmləndirilməsi barədə hesabat verib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Ukraynanın şərq sərhədində müdafiənin ikinci xəttinin 80 faiz hazır olduğunu bildirib.
Ukrayna quru qoşunlarının Jitomisrk rayonundakı poliqonuna baş çəkən Ukrayna prezidenti sərhəddə istehkam qurğuların tikintisinin müvəffəqiyyətlə getdiyini deyib. Onun sözlərinə görə, istehkam qurğuları yalnız təhlükəsizliyi təmin etmir, həm də hərbi qulluqçular üçün rahatlığı üçün əhəmiyyətlidir.
Xatırladaq ki, Ukrayna baş naziri Arseniy Yasenyuk sentyabrın 26-da “Rusiya Federasiyası ilə real dövlət sərhədi”nin tikintisi layihəsinin başlandığını elan edib.“Divar” adını alan layihənin altı ay ərzində başa çatdırıması nəzərdə tutulur.
Bundan bir gün əvvəl isə Ukrayna prezidenti Pyotr Poroşenko dünən “Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təcili ölçülər haqqında” qanunu imzalayıb. Sözügedən qanun 28 avqust 2014-cü il tarixində Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurası tərəfindən qəbul edilib. Qanunda Ukrayna və Rusiya Federasiyasının dövlət sərhədində yerləşən avtomobil buraxılış məntəqələrinin müvəqqəti bağlanması, həmçinin ehtiyac olduğu halda digər növ buraxılış məntəqələrinin də müvəqqəti bağlanması əksini tapıb.
Ömər Dağlı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?